Qonaqlama.az günlük evlər bölməsi, Azərbaycanda qısa müddətli qonaqlama üçün ən geniş günlük və saatlıq kirayə ev və mənzil elanlarını bir yerdə toplayır.
Elanlar arasında Bakı mərkəzinə yaxın mənzillər, yeni tikili və köhnə tikili evlər, dəniz kənarı villalar, həmçinin Qəbələ, Quba, Qusar, Şamaxı, Lənkəran, Naftalan və digər bölgələrdə yerləşən kirayə evlər var.
Bəzi elanlar yalnız günlük kirayə kimi, bəziləri isə həm günlük, həm də saatlıq kirayə formatında təqdim olunur. Hər elan səhifəsində evin qısa açıqlaması, saatlıq və günlük qiymətləri, yerləşmə ünvanı və əlaqə nömrəsi aydın şəkildə göstərilir.
Qonaqlama.az-da günlük evi onlayn bron edə bilirəm?
Hazırda sistem zənglə rezervasiya prinsipi ilə işləyir. Elan səhifəsində göstərilən telefon nömrəsinə zəng edib, ev sahibi ilə birbaşa danışaraq bron edə bilərsən.
Günlük evlər təhlükəsizdirmi?
Platformada “Güvənli Sahibkar”
statusu və sənədlə təsdiqlənmiş elanlar ayrıca qeyd olunur. Daha etibarlı seçim üçün bu işarələnmiş elanlara üstünlük verməyin tövsiyə olunur.
Hansı digər kateqoriyalara baxa bilərəm?
Günlük evlərlə yanaşı, otellər,
villalar,
hostellər
və A-Frame dağ evləri
kimi digər qonaqlama növlərinə də nəzər yetirə bilərsən.